Prokuror İlhamə Quliyevanın köməkçisinə 8 il cəza istədi20-12-2016, 16:21
Çap et Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror bildirib ki, M.Hüseynovanın xalq artisi İ.Quliyevanın 2 milyon 700 min manat dəyərində olan daşınan və daşınmaz əmlakını ələ keçirməyə cəhd edib. O bildirib ki, M.Hüseynova bu məqsədlə saxta vəsiyyətnamə hazırlayıb. Prokuror M.Hüseynovanın cinayət əməlinin istintaq zamanı şahidlərin ifadəsi ilə sübuta yetirildiyini bildirib. Dövlət ittihamçısı M.Hüseynovanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. M.Hüseynovanın vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib. Məhkəmə prosesi dekabrın 27-nə təyin edilib. M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb. Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevralın 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
