Demo Sayt » hadise » Prokuror İlhamə Quliyevanın köməkçisinə cəza istəyəcək


Prokuror İlhamə Quliyevanın köməkçisinə cəza istəyəcək

29-11-2016, 19:25
Çap et
Prokuror İlhamə Quliyevanın köməkçisinə cəza istəyəcək Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın soyğunçuluqda təqsirləndirilərək həbs edilən köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. İş üzrə növbəti məhkəmə prosesi dekabrın 6-na təyin edilib.
M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevralın 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.
Reytinq: