Demo Sayt » sou » İlhamə Quliyevanın köməkçisinin cinayət işi məhkəməyə göndərilir


İlhamə Quliyevanın köməkçisinin cinayət işi məhkəməyə göndərilir

20-07-2016, 18:44
Çap et
İlhamə Quliyevanın köməkçisinin cinayət işi məhkəməyə göndərilir “Mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb”.
Bu barədə M. Hüseynovanın vəkili Vasif Mirzəyev deyib.
O qeyd edib ki, hazırda cinayət işinin materialları ilə tanışlıq mərhələsidir və iş yaxın günlərdə məhkəməyə göndəriləcək.
Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.
İ. Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib.
Reytinq: