Demo saytı » idman » Ukraynalı məşqçi: "Azərbaycan, belə gözəl təşkil edilmiş idman tədbirinə görə təşəkkür!"


Ukraynalı məşqçi: "Azərbaycan, belə gözəl təşkil edilmiş idman tədbirinə görə təşəkkür!"

19-06-2015, 12:38
Çap et
Ukraynalı məşqçi: "Azərbaycan, belə gözəl təşkil edilmiş idman tədbirinə görə təşəkkür!" Azərbaycan irimiqyaslı idman tədbiri – I Avropa Oyunlarının təşkili məsələlərinin öhdəsindən yaxşı gəlib.
Bu barədə Bakıda I Avropa Oyunları çərçivəsində suya tullanma üzrə Ukrayna komandasının məşqçisi Sergey Qumenyuk deyib.
Onun sözlərinə görə, I Avropa Oyunları çərçivəsində yarışlar yaxşı əhvali-ruhiyyədə keçir və yüksək səviyyədə təşkil olunub: “İlk dəfədir Bakıdayam. Bu cür ciddi oyunlara belə hazırlıq işləri məni heyrətləndirdi. Hər şey yüksək səviyyədə və nizamlı şəkildə təşkil olunub. Azərbaycan, belə gözəl təşkil edilmiş idman tədbirinə görə təşəkkür!”
Reytinq: