DataLife Engine > idman > Şəhriyar Məmmədyarov "Tata Steel Chess" turnirinin II turunu qələbə ilə başa vurub

Şəhriyar Məmmədyarov "Tata Steel Chess" turnirinin II turunu qələbə ilə başa vurub


15-01-2018, 10:39. Разместил: heqiqet Şəhriyar Məmmədyarov "Tata Steel Chess" turnirinin II turunu qələbə ilə başa vurub Şəhriyar Məmmədyarov şahmat üzrə "Tata Steel Chess" superturnirinin ikinci turunu qələbə ilə başa vurub.
Turnir Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilir.
33 yaşlı qrossmeyster qara fiqurlarla çinli qadın şahmatçı Hou Yifanı üstələyib. 48-ci gedişdə Yifan təslim olub. Məmmədyarov aktivindəki xalı 1,5-ə çatdıraraq, 4-cü pilləyə yüksəlib.
Qeyd edək ki, sabah Şəhriyar Məmmədyarov üçüncü tur çərçivəsində ağ fiqurlarla rusiyalı Maksim Matlakovla üz-üzə gələcək.
Вернуться назад