Demo Sayt » idman » Şəhriyar Məmmədyarov "Tata Steel Chess" turnirinin II turunu qələbə ilə başa vurub


Şəhriyar Məmmədyarov "Tata Steel Chess" turnirinin II turunu qələbə ilə başa vurub

15-01-2018, 10:39
Çap et
Şəhriyar Məmmədyarov "Tata Steel Chess" turnirinin II turunu qələbə ilə başa vurub Şəhriyar Məmmədyarov şahmat üzrə "Tata Steel Chess" superturnirinin ikinci turunu qələbə ilə başa vurub.
Turnir Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilir.
33 yaşlı qrossmeyster qara fiqurlarla çinli qadın şahmatçı Hou Yifanı üstələyib. 48-ci gedişdə Yifan təslim olub. Məmmədyarov aktivindəki xalı 1,5-ə çatdıraraq, 4-cü pilləyə yüksəlib.
Qeyd edək ki, sabah Şəhriyar Məmmədyarov üçüncü tur çərçivəsində ağ fiqurlarla rusiyalı Maksim Matlakovla üz-üzə gələcək.
Reytinq: