“Rusiya 2018”: Danimarka millisi səkkizdəbir final mərhələsinə yüksəlib
27-06-2018, 10:52. Разместил: heqiqet
Avstraliya və Peru komandaları Soçidəki "Fişt” stadionunda qarşılaşıblar.
Oyuna fəal başlayan Peru millisi matçın 18-ci dəqiqəsində istəyinə nail olub. Perulu Andre Karrilo fərqlənərək oyunda hesabı açıb. Görüşün ilk hissəsi Peru millisinin minimal üstünlüyü ilə yekunlaşıb – 1:0.
Rusiyalı baş hakim Sergey Karasevin idarə etdiyi oyunun 50-ci dəqiqəsində Paolo Qerrero ikinci topu Avstraliya yığmasının qapısından keçirib. Komandaların cəhdlərinə baxmayaraq, oyunun sonunadək hesab dəyişməyib.
Beləliklə, görüş Peru millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qrupun digər oyunu – Danimarka-Fransa matçı isə Moskvadakı "Lujniki” stadionunda keçirilib.
Qarşılıqlı hücumlar şəraitində keçən oyunda hesab açılmayıb və dünya çempionatında ilk qolsuz heç-heçə qeydə alınıb.
Fransa millisi 7 xalla qrup birincisi, Danimarka isə 5 xalla qrup ikincisi kimi səkkizdəbir final mərhələsinə adlayıb. Peru 3 xalla qrupda üçüncü, Avstraliya yığması isə 1 xalla dördüncü pillədə qərarlaşıb. (
Вернуться назад