“Rusiya 2018”: Danimarka millisi səkkizdəbir final mərhələsinə yüksəlib27-06-2018, 10:52
Çap et Avstraliya və Peru komandaları Soçidəki "Fişt” stadionunda qarşılaşıblar. Oyuna fəal başlayan Peru millisi matçın 18-ci dəqiqəsində istəyinə nail olub. Perulu Andre Karrilo fərqlənərək oyunda hesabı açıb. Görüşün ilk hissəsi Peru millisinin minimal üstünlüyü ilə yekunlaşıb – 1:0. Rusiyalı baş hakim Sergey Karasevin idarə etdiyi oyunun 50-ci dəqiqəsində Paolo Qerrero ikinci topu Avstraliya yığmasının qapısından keçirib. Komandaların cəhdlərinə baxmayaraq, oyunun sonunadək hesab dəyişməyib. Beləliklə, görüş Peru millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qrupun digər oyunu – Danimarka-Fransa matçı isə Moskvadakı "Lujniki” stadionunda keçirilib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda hesab açılmayıb və dünya çempionatında ilk qolsuz heç-heçə qeydə alınıb. Fransa millisi 7 xalla qrup birincisi, Danimarka isə 5 xalla qrup ikincisi kimi səkkizdəbir final mərhələsinə adlayıb. Peru 3 xalla qrupda üçüncü, Avstraliya yığması isə 1 xalla dördüncü pillədə qərarlaşıb. ( Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
