DataLife Engine > idman > Kolumbiya və Hindistan yığmamıza rəqib oldu

Kolumbiya və Hindistan yığmamıza rəqib oldu


30-04-2019, 11:17. Разместил: heqiqet Kolumbiya və Hindistan yığmamıza rəqib oldu Kişi həndbolçular arasında inkişafda olan ölkələrin III çempionatının püşkü atılıb.
Mərasimdə Azərbaycan yığmasının da rəqibləri bəlli olub.
Komandamız Çin, Böyük Britaniya, Kolumbiya, Kuba və Hindistanla A qrupunda yer alıb. B qrupunda isə Bolqarıstan, Gürcüstan, İrlandiya, Malta, ABŞ və Nigeriya həndbolçuları mübarizə aparacaqlar.
Oyunlar iyunun 8-16-da Gürcüstanın paytaxtı Tbilisidə olacaq. Yarışın yekununa əsasən ən yaxşı Avropa yığması qitə birinciliyinə vəsiqə qazanacaq.
Вернуться назад