Demo Sayt » idman » Kolumbiya və Hindistan yığmamıza rəqib oldu


Kolumbiya və Hindistan yığmamıza rəqib oldu

30-04-2019, 11:17
Çap et
Kolumbiya və Hindistan yığmamıza rəqib oldu Kişi həndbolçular arasında inkişafda olan ölkələrin III çempionatının püşkü atılıb.
Mərasimdə Azərbaycan yığmasının da rəqibləri bəlli olub.
Komandamız Çin, Böyük Britaniya, Kolumbiya, Kuba və Hindistanla A qrupunda yer alıb. B qrupunda isə Bolqarıstan, Gürcüstan, İrlandiya, Malta, ABŞ və Nigeriya həndbolçuları mübarizə aparacaqlar.
Oyunlar iyunun 8-16-da Gürcüstanın paytaxtı Tbilisidə olacaq. Yarışın yekununa əsasən ən yaxşı Avropa yığması qitə birinciliyinə vəsiqə qazanacaq.
Reytinq: