Messidən daha bir tarixi nəticə
18-02-2016, 08:35. Разместил: heqiqet
İspaniya La Liqasında “Sportinq”ə qarşı matçda start heyətində meydana çıxan Lionel Messi daha bir tarixi nəticəyə imza atıb.Argentinalı ulduz qarşılaşmada hesabı açaraq, həm də La Liqa karyerasındakı 300-cü qoluna imza atıb.
Oyunda ikinci qolun da müəllifi olan Leo ümumi qol sayını 301-ə çatdırıb. Son vaxtlar əla formada olan “Qızıl top”un 5 qat sahibi 2016-cı ildə meydana çıxdığı 12 oyunda 14 qola imza atıb.
Argentinalı oyunçu “Barselona” forması ilə ilk qolunu 1 may 2005-ci ildə “Albasete”nin qapısına vurmuşdu.
Qeyd edək ki, Messinin əsas rəqibi Ronaldo isə La Liqa karyerası boyu 246 dəfə fərqlənə bilib.
Вернуться назад