Messidən daha bir tarixi nəticə18-02-2016, 08:35
Çap et İspaniya La Liqasında “Sportinq”ə qarşı matçda start heyətində meydana çıxan Lionel Messi daha bir tarixi nəticəyə imza atıb.Argentinalı ulduz qarşılaşmada hesabı açaraq, həm də La Liqa karyerasındakı 300-cü qoluna imza atıb. Oyunda ikinci qolun da müəllifi olan Leo ümumi qol sayını 301-ə çatdırıb. Son vaxtlar əla formada olan “Qızıl top”un 5 qat sahibi 2016-cı ildə meydana çıxdığı 12 oyunda 14 qola imza atıb. Argentinalı oyunçu “Barselona” forması ilə ilk qolunu 1 may 2005-ci ildə “Albasete”nin qapısına vurmuşdu. Qeyd edək ki, Messinin əsas rəqibi Ronaldo isə La Liqa karyerası boyu 246 dəfə fərqlənə bilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

İspaniya La Liqasında “Sportinq”ə qarşı matçda start heyətində meydana çıxan Lionel Messi daha bir tarixi nəticəyə imza atıb.