"Liverpul" son anda diz çökdü
29-04-2016, 11:53. Разместил: heqiqet
İspaniyanın "Vilyarreal" klubu doğma azarkeşlər önündə “Liverpul”u qəbul edib. Oyunun son dəqiqələrinə kimi hesab açılmayıb. Lakin ispanların 92-ci dəqiqədə möhtəşəm əks hücumu Yurqen Klopun rəhbərlik etiyi komanda diz çöküb. Nəticədə oyun ispanların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Digər qarşılaşma Lvov şəhərində keçirilib. "Şaxtyor" turnirin son qalibi “Sevilya”nı qəbul edib. Qarşıdurma qollu heç-heçə ilə bitib. Ev sahibi son dəqiqələrdə qələbəni əldən verib.
"Vilyarreal" (İspaniya) - "Liverpul" (İngiltərə) - 1:0
Qol: Adrian, 90+2
"Şaxtyor" (Donetsk, Ukrayna) - "Sevilya" (İspaniya) - 2:2
Qollar: Marlos, 23, Taras Stepanenko, 38 - Viktor Vitolo, 6, Kevin Qameyro, 81-pen
"Vilyarreal" "Liverpul" qarşıdurması "Vilyarreal" "Liverpul" qarşıdurması
Avropa liqasının son qalibi “Sevilya”dır. İspanlar bu mövsümdə də kuboku başı üzərinə qaldıracağı təqdirdə Avropa Liqasında qızıl het-trik edəcək. Əvvəlki iki mövsümdə (2013/2014 və 2014/2015) “Sevilya” Avroliqanın ən güclüsü adını qazanıb. Komandaların cavab görüşləri mayın 5-də keçiriləcək.
Вернуться назад