"Liverpul" son anda diz çökdü29-04-2016, 11:53
Çap et İspaniyanın "Vilyarreal" klubu doğma azarkeşlər önündə “Liverpul”u qəbul edib. Oyunun son dəqiqələrinə kimi hesab açılmayıb. Lakin ispanların 92-ci dəqiqədə möhtəşəm əks hücumu Yurqen Klopun rəhbərlik etiyi komanda diz çöküb. Nəticədə oyun ispanların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Digər qarşılaşma Lvov şəhərində keçirilib. "Şaxtyor" turnirin son qalibi “Sevilya”nı qəbul edib. Qarşıdurma qollu heç-heçə ilə bitib. Ev sahibi son dəqiqələrdə qələbəni əldən verib. "Vilyarreal" (İspaniya) - "Liverpul" (İngiltərə) - 1:0 Qol: Adrian, 90+2 "Şaxtyor" (Donetsk, Ukrayna) - "Sevilya" (İspaniya) - 2:2 Qollar: Marlos, 23, Taras Stepanenko, 38 - Viktor Vitolo, 6, Kevin Qameyro, 81-pen "Vilyarreal" "Liverpul" qarşıdurması "Vilyarreal" "Liverpul" qarşıdurması Avropa liqasının son qalibi “Sevilya”dır. İspanlar bu mövsümdə də kuboku başı üzərinə qaldıracağı təqdirdə Avropa Liqasında qızıl het-trik edəcək. Əvvəlki iki mövsümdə (2013/2014 və 2014/2015) “Sevilya” Avroliqanın ən güclüsü adını qazanıb. Komandaların cavab görüşləri mayın 5-də keçiriləcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
