DataLife Engine > idman > Məşqçi uğursuzluğa tab gətirmədi

Məşqçi uğursuzluğa tab gətirmədi


28-06-2016, 09:28. Разместил: heqiqet Məşqçi uğursuzluğa tab gətirmədi "Avro-2016"nın 1/8 final oyunları çərçivəsində keçirilən İngiltərə - İslandiya oyununda birincilərin məğlub olub. Bundan sonra İngiltərə yığmasının baş məşqçisi Roy Xocson istefa edəcəyini bildirib.
"Müqaviləmin müddəti iki ildən sonra bitir, lakin bu günkü məğlubiyyətdən sonra yalnız istefa verə bilərəm. Komandaya cavan mütəxəssis başçılıq etməlidir”, - deyən Xocson fikrini əsaslandırıb.
Avropa çempionatında 1/8 final mərhələsinin son qarşılaşmasında İngiltərə və İslandiya yığmaları üz-üzə gəliblər. Çempionata güclü heyətlə qatılan ingilislər İslandiya millisi ilə qarşılaşmada sürprizin baş verməsinə mane ola bilməyiblər.
Oyunda hesabı İngiltərə millisi açıb. Ueyn Runi 4-cü dəqiqədə penalti zərbəsini qola çevirib. Cəmi iki dəqiqə sonra Gilfi Siqurdson hesabı bərabərləşdirən qolu vurub. Qarşılaşmanın 18-ci dəqiqəsində isə Kolber Siqtorson İslandiya komandasını hesabda irəli çıxarıb. Oyunda başqa qol vurulmayıb.
Avropa Çempionatında növbəti tarixi zəfərə imza atan İslandiya kollektivi 1/4 mərhələsində Fransa milli komandası ilə qarşılaşacaq.


Вернуться назад