Məşqçi uğursuzluğa tab gətirmədi28-06-2016, 09:28
Çap et "Müqaviləmin müddəti iki ildən sonra bitir, lakin bu günkü məğlubiyyətdən sonra yalnız istefa verə bilərəm. Komandaya cavan mütəxəssis başçılıq etməlidir”, - deyən Xocson fikrini əsaslandırıb. Avropa çempionatında 1/8 final mərhələsinin son qarşılaşmasında İngiltərə və İslandiya yığmaları üz-üzə gəliblər. Çempionata güclü heyətlə qatılan ingilislər İslandiya millisi ilə qarşılaşmada sürprizin baş verməsinə mane ola bilməyiblər. Oyunda hesabı İngiltərə millisi açıb. Ueyn Runi 4-cü dəqiqədə penalti zərbəsini qola çevirib. Cəmi iki dəqiqə sonra Gilfi Siqurdson hesabı bərabərləşdirən qolu vurub. Qarşılaşmanın 18-ci dəqiqəsində isə Kolber Siqtorson İslandiya komandasını hesabda irəli çıxarıb. Oyunda başqa qol vurulmayıb. Avropa Çempionatında növbəti tarixi zəfərə imza atan İslandiya kollektivi 1/4 mərhələsində Fransa milli komandası ilə qarşılaşacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
