Ukrayna və İsveç də Avro-2016-da18-11-2015, 16:48
Çap et Bu gün pley-off mərhələsinin son iki oyunu keçirilib. Sloveniya öz meydanında Ukraynanı qəbul edib. İlk oyun Ukrayna yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatdığından Sloveniya komandasını yalnız inamlı qələbə qane edirdi. Oyuna meydan sahibləri fəal başlayıblar – 11-ci dəqiqədə Sezar hesabı açıb. Daha gərgin keçən ikinci hissənin əlavə olunmuş dəqiqələrində Yarmolenko son nöqtəni qoyub – 1:1. Beləliklə, Ukrayna Avro-2016-nın final mərhələsinə yüksəlib. İsveç isə Danimarkanın qonağı olub. İlk oyunda 2:1 hesabı ilə qələbə qazanan isveçli futbolçular Danimarkada özlərini qonaq kimi aparmayıblar. 19-cu dəqiqədə Zlatan İbrahimoviç meydan sahiblərini məyus edib. 76-cı dəqiqədə İbrahimoviç dubla imza atıb. 81-ci dəqiqədə Poulsen fərqi azaldıb. Əlavə olunmuş dəqiqələrdə isə hesab bərabərləşib – 2:2. Bu nəticə İsveçə Avropa çempionatına aparan vəsiqə verib. Qeyd edək ki, bundan əvvəl Macarıstan və İrlandiya yığmaları da pley-offdan final mərhələsinə vəsiqə qazanıblar. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
