Qran-pri turnirinə yollanacaq cüdo yığmamızın heyəti açıqlanıb
19-09-2016, 11:10. Разместил: heqiqet
Millimizin baş məşqçisi Peter Zayzenbaher Özbəkistanın paytaxtı Daşkənddə baş tutacaq yarışa əsas heyət üzvlərini aparmayacaq. Rio-2016-nın iştirakçılarına istirahət verən mütəxəssis Qran-pridə Murad Heydərli, Tofiq Məmmədov (hər iksi 60 kq), İlqar Müşkiyev (66 kq), Hidayət Heydərov (73 kq), Afiq Səfərli, Rüfət İsmayılov (hər ikisi 81 kq), Vasif Şərbətli, Ziya Namazov (hər ikisi 90 kq) və Cəlil Şükürovu (100 kq) sınaqdan keçirəcək.
Вернуться назад