Demo Sayt » idman » Qran-pri turnirinə yollanacaq cüdo yığmamızın heyəti açıqlanıb


Qran-pri turnirinə yollanacaq cüdo yığmamızın heyəti açıqlanıb

19-09-2016, 11:10
Çap et
Qran-pri turnirinə yollanacaq cüdo yığmamızın heyəti açıqlanıb  Cüdo yığmamızın növbəti Olimpiya mərhələsi üçün ilk yarışı dəqiqləşib. Komandamızın Rio-2016-dan sonra “siftə”si Qran-pri turnirinə təsadüf edəcək.
Millimizin baş məşqçisi Peter Zayzenbaher Özbəkistanın paytaxtı Daşkənddə baş tutacaq yarışa əsas heyət üzvlərini aparmayacaq. Rio-2016-nın iştirakçılarına istirahət verən mütəxəssis Qran-pridə Murad Heydərli, Tofiq Məmmədov (hər iksi 60 kq), İlqar Müşkiyev (66 kq), Hidayət Heydərov (73 kq), Afiq Səfərli, Rüfət İsmayılov (hər ikisi 81 kq), Vasif Şərbətli, Ziya Namazov (hər ikisi 90 kq) və Cəlil Şükürovu (100 kq) sınaqdan keçirəcək.
Reytinq: