Azərbaycan güləşçisi hərbçilərin dünya çempionatında qızıl medal qazanıb
22-09-2016, 16:35. Разместил: heqiqet
İlk yarış günündə - sentyabrın 21-də Azərbaycanın 4 sərbəst güləşçisi mübarizəyə başlayıb. Onlardan Ağahüseyn Mustafayev 65 kq, Coşqun Əzimov isə 70 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıblar. Final görüşündə A.Mustafayev KXDR idmançısı Gvanq Kinə 8:5 hesabı ilə qalib gələrək 65 kq-da dünya çempionu olub.
C.Əzimov isə final görüşündə Rusiya idmançısı Maqomed Qurbanəliyevə uduzaraq ikinci yerə çıxıb.
Вернуться назад