Demo Sayt » idman » Azərbaycan güləşçisi hərbçilərin dünya çempionatında qızıl medal qazanıb


Azərbaycan güləşçisi hərbçilərin dünya çempionatında qızıl medal qazanıb

22-09-2016, 16:35
Çap et
Azərbaycan güləşçisi hərbçilərin dünya çempionatında qızıl medal qazanıb Makedoniyanın paytaxtı Skopye şəhərində Boris Traykovski adına İdman Mərkəzində Beynəlxalq Hərbi İdman Şurasının (CISM) bayrağı altında keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatının ilk günü azərbaycanlı idmançılar üçün uğurlu alınıb.
İlk yarış günündə - sentyabrın 21-də Azərbaycanın 4 sərbəst güləşçisi mübarizəyə başlayıb. Onlardan Ağahüseyn Mustafayev 65 kq, Coşqun Əzimov isə 70 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıblar. Final görüşündə A.Mustafayev KXDR idmançısı Gvanq Kinə 8:5 hesabı ilə qalib gələrək 65 kq-da dünya çempionu olub.
C.Əzimov isə final görüşündə Rusiya idmançısı Maqomed Qurbanəliyevə uduzaraq ikinci yerə çıxıb.
Reytinq: