Güləşçimiz Hərbçilərin Dünya İdman Oyunlarında bürünc qazandı6-10-2015, 18:15
Çap et Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, yarışda ölkəmizi Mərkəzi Ordu İdman Klubunun sərbəst və yunan-Roma güləşi üzrə komandası təmsil edir. Sərbəst güləş yarışlarının ilk günündə 57, 65, 74 və 97 kq çəkidə güləşçilər mübarizə aparıblar. Güləşçilərimiz günü 1 bürünc medalla başa vurub. 65 kq-da mübarizə aparan Ağahüseyn Mustafayev əvvəlcə Almaniya təmsilçisi Kevin Henkeli (11:0), ardınca hindistanlı Raniş Ranişi (10:0) məğlub edib. Yarımfinalda Rusiya təmsilçisi Maqomed Kurbanaliyevə 1:3 hesabı ilə uduzan güləşçimiz bürünc medal görüşünə çıxıb. Həlledici görüşdə Ukraynadan Vasil Şuptarla görüşü (5:0) qalib tamamlayan A.Mustafayev yarışların bürünc medalını qazanıb. 57 kq çəkidə yarışlarda iştirak edən Ruslan Qasımov ilk görüşdə Rusiya təmsilçisi Azamat Tuskaevi məğlub edərək (3:2) mübarizədən kənarlaşdırıb. Yarımfinalda qazaxstanlı Vladimir Kudrinə (5:10) uduzan güləşçimiz bürünc medal görüşünə çıxıb. Ancaq hindistanlı Manqal Kadyanla görüşü də uduzan (4:11) Ruslan yarışları 5-ci sırada tamamlayıb. Sərbəst güləş yarışlarının ikinci günündə Mircəlal Həsənzadə (61 kq), Coşqun Əzimov (70 kq) və İbrahim Yusubov (86 kq) xalça üzərinə çıxacaqlar. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
