İsmayıllıda idman birinci şərt kimi diqqət çəkir
27-01-2017, 10:12. Разместил: heqiqet
Əlbəttə, adıçəkilən kompleksdə rayon idmançıları üçün olduqca gözəl şərait yaradılıb, onların yemək, yatacaq və sair tələbatları kompleks rəhbərliyi tərəfindən layiqincə qarşılanır.
İsmayıllı İdman Olimpiya Kompleksi nəinki respublikamızda, hətta beynəlxalq sferada böyük rəğbət qazanıb. Məhz bunun üçün idman fedarasiyaları can atır ki, öz yarışlarını burada keçirsin. Kompleksin direktoru Tofiq müəllim kompleksə təşrif buyuran qonaqlara lazım olduğundan çox qayğı və xidmət göstərir, nəticə etibarilə hörmət və izzətlə xatırlanır. Onun haqqında Gənclər və İdman Nazirliyində də müsbət fikirlər əksini tapır. Tofiq müəllim təbii ki, dövlətimizin adını daim yüksək tutmaq üçün ciddi səylər edir, bayrağımızın ən mötəbər kürsülərdə dalğalanması istiqamətində əməli işlər görür.
Xatırladaq ki, 7,5 hektar sahəsi olan kompleks İsmayıllı rayonunda idmanın müxtəlif sahələrinin müasir tələblər səviyyəsində inkişaf etdirilməsi üçün lazımi avadanlıqla təchiz olunub, burada Tofiq müəllimin rəhbərliyi altında bütün istiqamətlər yalnız bir ünvana - inkişafa yönəlib.
Son illər Azərbaycanda velosiped idmanına artan maraq İsmayıllı rayonundan da yan keçməyib. Nüfuzlu "Tourd"Azerbaidjan" veloyürüşünün 2-ci mərhələsinin İsmayıllı rayonunda yekunlaşması, Azərbaycanın velosiped idmanı üzrə müxtəlif yaş qruplarına aid yığma komandalarının məsul yarışlar öncəsi İsmayıllı Olimpiya İdman Kompleksində təlim-məşq toplanışları keçməsi rayonda idmanın bu növünə olan marağı xeyli artırıb. Həm də adıçəkilən kompleks bu istiqamətdə öz nailiyyətləri ilə diqqət çəkir. Məhz bu amili nəzərə alan idman qurğusunun rəhbərliyi Azərbaycan Velosiped İdmanı Federasiyası ilə birgə kompleksdə velosiped bölməsinin açılması ilə bağlı razılığa gəlib. Yaxın günlərdə İsmayıllı Olimpiya İdman Kompleksində velosiped bölməsi fəaliyyətə başlayacaq və bu məqsədlə görülən işlər artıq yekunlaşmaq üzrədir.
Klmpleksin idman zəminləri beynəlxalq standartlara uyğundur. Buradakı stadion və stadionun süni örtüyü FİFA standartlarına, ən müasir tələblərə cavab verir. Bunun nəticəsidir ki, rayonda ən güclü yağışlar zamanı belə bu qurğuda su gölməçələri yaranmır. Burada quraşdırılan xüsusi drenaj sistemi yağış sularını dərhal kənarlaşdırır. İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru Tofiq Hümbətov söhbət əsnasında deyir:
- Səmimi deyək ki, Heydər Əliyevin ölkəmizə hələ birinci rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, idmanın gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. O illərdə idmanın maddi-texniki bazasının yaradılması üçün çox iş görülmüşdü. Bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, meydançalar salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı.
Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişdi. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet qollarından birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu. Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. İdmanın üzləşdiyi problemlərin aradan qaldırılması, idmançıların maddi rifahının yüksəldilməsi, onlara gələcək qələbələr üçün stimul verilməsi, habelə ölkədə yeni idman komplekslərinin yaradılması istiqamətində gələcək prioritetlər müəyyənləşdirildi. Çox sevindirici haldır ki, bu gün də ölkə prezidenti İlham Əliyev cənabları idmana xüsusi qayğı göstərir.
Bu gün doğrudan da İsmayıllıda idman rayonun birinci şərti kimi diqqət çəkir.
İlkin Əzizxanoğlu
Вернуться назад