Demo Sayt » idman » İsmayıllıda idman birinci şərt kimi diqqət çəkir


İsmayıllıda idman birinci şərt kimi diqqət çəkir

27-01-2017, 10:12
Çap et
İsmayıllıda idman birinci şərt kimi diqqət çəkir Ölkəmizdə idman əsaslı şəkildə inkişaf edir. Günümüzün ən aktual mövzusu olan idman ölkə prioriteti kimi öz inkişafını günbəgün artırır. Bu gün ölkəmiz demək olar ki, dövlət səviyyəsində idmanın inkişafına səfərbər olunub. Son illərin uğurları ondan xəbər verir ki, respublikamız əsl idman meydanına çevrilib. Əsas olaraq da idman dövlətimzin bir nömrəli siyasətinə çevrilib. Bütün bu addımlara öz töhvəsini verən idman təşkilatları, federasiyaları və idman kompleksləri vacib proseslərin həyata keçməsində həlledici rol oynayırlar. İsmayıllı rayon İdman Olimpiya Kompleksi də bu istiqamətdə öz dinamik addımlarını sürətləndirir. Özünün böyük və uğurlu idman yarışları ilə xüsusi diqqət çəkən İsmayıllı İdman Olimpiya Kompleksi ölkə idmanının yüksəliş əldə etməsində nailiyyətlərə imza atır.
Əlbəttə, adıçəkilən kompleksdə rayon idmançıları üçün olduqca gözəl şərait yaradılıb, onların yemək, yatacaq və sair tələbatları kompleks rəhbərliyi tərəfindən layiqincə qarşılanır.
İsmayıllı İdman Olimpiya Kompleksi nəinki respublikamızda, hətta beynəlxalq sferada böyük rəğbət qazanıb. Məhz bunun üçün idman fedarasiyaları can atır ki, öz yarışlarını burada keçirsin. Kompleksin direktoru Tofiq müəllim kompleksə təşrif buyuran qonaqlara lazım olduğundan çox qayğı və xidmət göstərir, nəticə etibarilə hörmət və izzətlə xatırlanır. Onun haqqında Gənclər və İdman Nazirliyində də müsbət fikirlər əksini tapır. Tofiq müəllim təbii ki, dövlətimizin adını daim yüksək tutmaq üçün ciddi səylər edir, bayrağımızın ən mötəbər kürsülərdə dalğalanması istiqamətində əməli işlər görür. İsmayıllıda idman birinci şərt kimi diqqət çəkir İsmayıllı Olimpiya İdman Kompleksi istifadəyə verildiyi gündən - 29 oktyabr 2009-cu il tarixdən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin idman siyasətinə dəstək verir, ümummilli liderin idmana olan diqqətini inamlı şəkildə təbliğ edir.
Xatırladaq ki, 7,5 hektar sahəsi olan kompleks İsmayıllı rayonunda idmanın müxtəlif sahələrinin müasir tələblər səviyyəsində inkişaf etdirilməsi üçün lazımi avadanlıqla təchiz olunub, burada Tofiq müəllimin rəhbərliyi altında bütün istiqamətlər yalnız bir ünvana - inkişafa yönəlib.
Son illər Azərbaycanda velosiped idmanına artan maraq İsmayıllı rayonundan da yan keçməyib. Nüfuzlu "Tourd"Azerbaidjan" veloyürüşünün 2-ci mərhələsinin İsmayıllı rayonunda yekunlaşması, Azərbaycanın velosiped idmanı üzrə müxtəlif yaş qruplarına aid yığma komandalarının məsul yarışlar öncəsi İsmayıllı Olimpiya İdman Kompleksində təlim-məşq toplanışları keçməsi rayonda idmanın bu növünə olan marağı xeyli artırıb. Həm də adıçəkilən kompleks bu istiqamətdə öz nailiyyətləri ilə diqqət çəkir. Məhz bu amili nəzərə alan idman qurğusunun rəhbərliyi Azərbaycan Velosiped İdmanı Federasiyası ilə birgə kompleksdə velosiped bölməsinin açılması ilə bağlı razılığa gəlib. Yaxın günlərdə İsmayıllı Olimpiya İdman Kompleksində velosiped bölməsi fəaliyyətə başlayacaq və bu məqsədlə görülən işlər artıq yekunlaşmaq üzrədir.
Klmpleksin idman zəminləri beynəlxalq standartlara uyğundur. Buradakı stadion və stadionun süni örtüyü FİFA standartlarına, ən müasir tələblərə cavab verir. Bunun nəticəsidir ki, rayonda ən güclü yağışlar zamanı belə bu qurğuda su gölməçələri yaranmır. Burada quraşdırılan xüsusi drenaj sistemi yağış sularını dərhal kənarlaşdırır. İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru Tofiq Hümbətov söhbət əsnasında deyir:
- Səmimi deyək ki, Heydər Əliyevin ölkəmizə hələ birinci rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, idmanın gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. O illərdə idmanın maddi-texniki bazasının yaradılması üçün çox iş görülmüşdü. Bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, meydançalar salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. İsmayıllıda idman birinci şərt kimi diqqət çəkir Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində özünü bütün sahələrdə qabarıq göstərən ideoloji-siyasi, iqtisadi böhran səbəbindən idman siyasəti tamamilə diqqətdən kənarda qalmışdı. Bu sahəyə tarixən marağın güclü olduğu ölkəmizdə vəziyyətin belə acınacaqlı şəkil alması gənclərin qeyri-sağlam həyat tərzinə, zərərli vərdişlərə aludəçiliyinə, bir sözlə, mənəvi aşınmasına səbəb olur, müharibə şəraitində yaşayan məmləkətdə fərarilik hallarının çoxalmasına rəvac verirdi. Digər tərəfdən, ulu öndər Heydər Əliyevin vaxtilə xalqına ərməğan etdiyi idman kompleksləri baxımsızlıq üzündən dağıdılmış, dəryada batan gəmini xatırladan idmanımız taleyin ümidinə buraxılmışdı. Bunun obyektiv səbəbləri olsa da, subyektiv səbəbləri daha da çox idi. O illərdə idman sahəsində yaranmış vəziyyətə münasibət bildirərkən Heydər Əliyev demişdir: "...1990-1993-cü illərdə Azərbaycanda bütün idman qurğuları dağıdılmışdı. Azərbaycanın ən böyük stadionu bərbad vəziyyətə salınmışdı. Ayrı-ayrı adamlar orada müxtəlif bazarlar, dükanlar açmışdılar, oranı kababxanaya döndərmişdilər. Bilin, mən bu məsələ ilə tanış olanda Azərbaycanda çox şeylər dağıdılmışdı. Amma Azərbaycanın gəncliyi, idmanı üçün ən vacib olan bu stadionun dağıdılması məni həddindən artıq incitdi".
Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişdi. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet qollarından birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu. Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. İdmanın üzləşdiyi problemlərin aradan qaldırılması, idmançıların maddi rifahının yüksəldilməsi, onlara gələcək qələbələr üçün stimul verilməsi, habelə ölkədə yeni idman komplekslərinin yaradılması istiqamətində gələcək prioritetlər müəyyənləşdirildi. Çox sevindirici haldır ki, bu gün də ölkə prezidenti İlham Əliyev cənabları idmana xüsusi qayğı göstərir.
Bu gün doğrudan da İsmayıllıda idman rayonun birinci şərti kimi diqqət çəkir.

İlkin Əzizxanoğlu
Reytinq: