Sabirabadda "Nissan" traktorla toqquşdu, ölən və yaralananlar var
27-06-2022, 09:18. Разместил: heqiqet
Sabirabadda ölümlə nəticələnən ağır yol qəzası baş verib.Hadisə iyunun 26-da saat 3 radələrində Sabirabad rayonunun Çiçəkli kəndi ərazisində baş verib.
Kənd sakini Ş.Xankişiyevin idarə etdiyi “Nissan” markalı avtomobillə həmkəndlisi V.Məmmədovun idarə etdiyi “T-28” markalı traktor toqquşub. Nəticədə Ş.Xankişiyevin sərnişini Elsevər Quliyev hadisə yerində ölüb, özü, digər sürücü və sərnişini xəstəxanaya yerləşdiriliblər.
Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
Вернуться назад