Heqiqet.Az » hadise » Sabirabadda "Nissan" traktorla toqquşdu, ölən və yaralananlar var


Sabirabadda "Nissan" traktorla toqquşdu, ölən və yaralananlar var

27-06-2022, 09:18
Çap et
Sabirabadda "Nissan" traktorla toqquşdu, ölən və yaralananlar var Sabirabadda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Hadisə iyunun 26-da saat 3 radələrində Sabirabad rayonunun Çiçəkli kəndi ərazisində baş verib.
Kənd sakini Ş.Xankişiyevin idarə etdiyi “Nissan” markalı avtomobillə həmkəndlisi V.Məmmədovun idarə etdiyi “T-28” markalı traktor toqquşub. Nəticədə Ş.Xankişiyevin sərnişini Elsevər Quliyev hadisə yerində ölüb, özü, digər sürücü və sərnişini xəstəxanaya yerləşdiriliblər.
Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
Reytinq: