Türkiyənin 23 vilayətində terrorçularla əlaqədə şübhəli bilinən 100-dən çox şəxs saxlanılıb
11-04-2025, 12:29. Разместил: heqiqet
Nazirin sosial şəbəkələrdə dərc etdiyi məlumata görə, Türkiyə polisi və jandarm qüvvələrinin səyləri ilə 23 vilayətdə terrorçularla əlaqədə şübhəli bilinən 100-dən çox şəxs saxlanılıb.
Ankara, İstanbul, Qaziantep, Eskişehir, Kayseri və Samsun kimi böyük vilayətlər də daxil olmaqla, əməliyyat prokurorluq orqanları ilə koordinasiyalı şəkildə martın 19-dan 27-dək həyata keçirilib.
Saxlanılan şəxslər qanunsuz cinayətkar təşkilatlarda iştirak, terror təşkilatlarını maliyyələşdirmə və qadağan olunmuş ideologiyanı təbliğ etdikləri üçün axtarışda olublar.
A.Yerlikaya bildirib ki, hüquq-mühafizə orqanları tərəfindən cinayətkarlıqla mübarizə fasiləsiz davam etdiriləcək.
Вернуться назад