Türkiyənin 23 vilayətində terrorçularla əlaqədə şübhəli bilinən 100-dən çox şəxs saxlanılıb11-04-2025, 12:29
Çap et ![]() Nazirin sosial şəbəkələrdə dərc etdiyi məlumata görə, Türkiyə polisi və jandarm qüvvələrinin səyləri ilə 23 vilayətdə terrorçularla əlaqədə şübhəli bilinən 100-dən çox şəxs saxlanılıb. Ankara, İstanbul, Qaziantep, Eskişehir, Kayseri və Samsun kimi böyük vilayətlər də daxil olmaqla, əməliyyat prokurorluq orqanları ilə koordinasiyalı şəkildə martın 19-dan 27-dək həyata keçirilib. Saxlanılan şəxslər qanunsuz cinayətkar təşkilatlarda iştirak, terror təşkilatlarını maliyyələşdirmə və qadağan olunmuş ideologiyanı təbliğ etdikləri üçün axtarışda olublar. A.Yerlikaya bildirib ki, hüquq-mühafizə orqanları tərəfindən cinayətkarlıqla mübarizə fasiləsiz davam etdiriləcək. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|