Lukaşenko: Belarus Ukraynadakı müharibəyə qoşulmaq niyyətində deyilDünən, 11:50
Çap et Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna Prezidenti Volodimir Zelenskinin bu mövzu ilə bağlı açıqlamalarını şərh edərkən jurnalistlərə bildirib. “Onun Belarusun yalnız bir halda — ərazimizə təcavüz ediləcəyi təqdirdə — münaqişəyə cəlb olunacağı ilə bağlı açıqlamalarına gəldikdə isə bizim Ukraynadakı müharibəyə qoşulmaq niyyətimiz yoxdur. Buna heç bir ehtiyac da yoxdur — nə mülki, nə də hərbi baxımdan. Əgər Volodimir Zelenski bu barədə danışmaq, məsləhət almaq və ya hər hansı məsələni müzakirə etmək istəyirsə, buyursun, biz buna açığıq. Mən onunla istənilən yerdə — Ukraynada və ya Belarusda — görüşməyə və Belarus–Ukrayna münasibətlərini müzakirə etməyə hazıram. Hətta perspektivlər barədə də danışa bilərik”, - deyə Lukaşenko bildirib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
