DataLife Engine > dunya > Serbiya Prezidentinə sui-qəsd cəhdində şübhəli bilinən iki nəfər saxlanıldı

Serbiya Prezidentinə sui-qəsd cəhdində şübhəli bilinən iki nəfər saxlanıldı


24-02-2026, 11:15. Разместил: heqiqet Serbiyanın hüquq-mühafizə orqanları ölkə Prezidenti Aleksandar Vuçiçə qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən iki şəxsi həbs edib.

Bu barədə Serbiyanın Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Açıqlamada qeyd olunub: “Daxili İşlər Nazirliyinin əməkdaşları D.R. (1975-ci il təvəllüdlü) və M.R.-ni (1983-cü il təvəllüdlü) saxlayıb. Onlar Serbiya Respublikasının konstitusiya quruluşunu zorla dəyişdirmək, silah əldə etməklə yüksək dövlət orqanlarını devirmək, həmçinin Serbiya Respublikasının Prezidentinə, onun həyat yoldaşına və uşaqlarına, eləcə də Daxili İşlər Nazirliyinin əməkdaşlarına sui-qəsd cəhdində şübhəli bilinirlər.”

Şübhəlilər barəsində həbs qətimkan tədbiri seçilib, cinayət işi isə Kralevodakı Ali Prokurorluğa göndəriləcək.
Вернуться назад