Heqiqet.Az » maraqli » Robot yosunlar insanları müalicə edəcək


Robot yosunlar insanları müalicə edəcək

1-12-2017, 09:47
Çap et
Robot yosunlar insanları müalicə edəcək Çətinliklə gedilə bilən yerlərdə lokallaşdırılan anomaliyaların diaqnostikası və müalicəsi mürəkkəb məsələdir. Yaxın zamanlarda həkimlərə Çinin Honkonq Universitetinin alimləri tərəfindən hazırlanmış robot yosunlar kömək edəcək.
Yüksək dəqiqliklə məsafədən idarə olunan robotlar maqnit nanozərrəcikləri ilə örtülmüş mikroskopik yosunlardan ibarətdir. Robotların harada yerləşdiklərini onları skan etdikdə anlamaq mümkündür. Belə ki, yosunlar dərinin səthinə yaxın olduqda işıqlanır, toxumalarda olduqda isə yardıma MRT gəlir.
Siçovullar üzərində sınaqlar zamanı məlum olub ki, robotların vəziyyətini maqnitlərdən istifadə edərək dəyişmək mümkündür. Robotlar qan, mədə şirəsi və digər bioloji mayelərdə sərbəst hərəkət edir.
Alimlərin sözlərinə görə, robot yosunlardan dərmanların çatdırılması üçün istifadə etmək olar. Laboratoriya sınaqları çərçivəsində qurğular parçalanma zamanı aktiv birləşmələri öz mərkəzindən ayırıblar ki, bu da xərçəng hüceyrələrinə hücum etməyə imkan verib. Bununla belə, robotların parçalanma sürəti örtüyün qalınlığının dəyişməsi hesabına tənzimlənir. Robotlar, həmçinin orqanizmin daxilində anomal kimyəvi dəyişiklikləri tutan diaqnostik vasitə ola bilər.
Reytinq: