Heqiqet.Az » hadise » Oğurluqla məşğul olan şəxslər tutulub


Oğurluqla məşğul olan şəxslər tutulub

6-03-2018, 14:12
Çap et
Oğurluqla məşğul olan şəxslər tutulub Azərbaycanda oğurluqla məşğul olan şəxslər tutulub. Daxili İşlər Nazirliyi xəbər verir ki, fevralın 4-də Sabirabad rayon sakini Nəriman Soltanovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən Şəhriyar kənd sakini Hacı Əmiraslanov Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Ötən il oktyabrın 29-da Bakı şəhər sakini Coşqun Hüseynovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini Heydər Qəniyev Xətai RPİ 35-ci PB-nin əməkdaşları tərəfindən tutulub.
Fevralın 25-də Gəncə şəhərindəki mağazaların birindən 55 manat və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakini Sərdar Pənahov və Bakı şəhər sakini Aydın Həsənov Kəpəz RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Saxlanılan şəxslərin ətrafında araşdırma aparılır.
Reytinq: