Media sosial təcrübənin əsas ötürücüsüdür - Hicran Hüseynova3-05-2024, 13:08
Çap et Medianın cəmiyyətdə əhəmiyyəti çox böyükdür. Təsadüfi deyil ki, “informasiya cəmiyyəti” termini eyni zamanda, müasir sivilizasiyanı ifadə etmək üçün istifadə olunur. Müasir insanın varlığını televiziya, internet, mətbuat və digər informasiya mənbələri olmadan təsəvvür etmək mümkün deyil.
Bunu Milli Məclisin deputatı, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova mayın 3-də keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda forumda çıxışı zamanı deyib. O bildirib ki, hazırda media sosial təcrübənin əsas ötürücüsüdür, ona görə də sosiallaşma prosesində medianın fəaliyyəti çox vacibdir. "Bu baxımdan da bugünkü mövzu xüsusi əhəmiyyət kəsb edir. Bütün növ informasiya məhsullarının ailə institutuna, xüsusi ilə də uşaq və gənclərə mənfi təsirlərinin aradan qaldırılması məsələsi bir çox ölkələrdə aktualdır. Azərbaycanda bununla bağlı aidiyyəti qurumlar mühüm işlər görür. Həmçinin, bu sahədə qanunvericilik bazası formalaşıb, davamlı olaraq təkmilləşdirilir. Uşaq hüquqları haqqında”, “Telekommunikasiya haqqında” və “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunlarına dəyişiklər edilir. "Uşaqların zərərli informasiyadan qorunması", “Media haqqında” Qanunları təsdiq edilib, lakin bununla yanaşı, hələ də həllini gözləyən məsələlər var. Aparılan təhlillər göstərir ki, bu gün bütün əsas sosial institutların fəaliyyətində və cəmiyyətin idarə olunmasında medianın rolunun artması müşahidə olunur, KİV ətraf aləmi qavramağa, həm ictimai, həm də şəxsi həyatda baş verən hadisələrə və onların qiymətləndirilməsinə təsir göstərə bilər, uşaqlar, gənclər, bütövlükdə müxtəlif yaş qrupuna daxil olan insanlar vaxtlarının yarıdan çoxunu mediadan istifadə etməklə keçirirlər". Qeyd edək ki, Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda Forum keçirilir. Tədbir çərçivəsində “Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə”, “Sosial məsələlərin, həmçinin, məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada düzgün işıqlandırılması”, “Mediada kiberbullinqə qarşı effektiv mübarizə və kiber maarifləndirmə” və “Yaşıl dünya naminə həmrəylik ili”ndə media gündəmi” mövzularında panel sessiyalar təşkil olunacaq. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
11:47
Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar keçirilir11:22
Millətlər Liqası: Azərbaycan millisinin Estoniya və Slovakiya ilə oyunlar üçün heyəti açıqlanıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|