Heqiqet.Az » siyaset » Milli Məclisin Sədri Sahibə Qafarovanın Qazaxıstana rəsmi səfəri başlayıb


Milli Məclisin Sədri Sahibə Qafarovanın Qazaxıstana rəsmi səfəri başlayıb

29-09-2021, 08:28
Çap et
Milli Məclisin Sədri Sahibə Qafarovanın Qazaxıstana rəsmi səfəri başlayıb Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Qazaxıstan Respublikasına səfəri çərçivəsində işgüzar səfərini başa vuraraqölkənin paytaxtı Nur-Sultan şəhərinə gəlib.Burada nümayəndə heyətimizin Qazaxıstana rəsmi səfəri başlayıb.
NursultanNazarbayev adına Beynəlxalq Hava Limanında Milli Məclisin sədrini və nümayəndə heyətinin üzvlərini Qazaxıstan Parlamenti Məclisinin sədr müavini xanım BailamKesenbayeva, Qazaxıstanın Azərbaycandakı səfiri SerjanAbdıkarimov və digər rəsmi şəxslər qarşılayıblar.
Nümayəndə heyətimiz ölkəmizin Qazaxıstan Respublikasındakı səfirliyini ziyarət edərəksəfirliyin əməkdaşları və fəaliyyəti üçün yaradılmış şəraitlə yaxından tanış olublar. Ölkəmizin Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov səfirliyin fəaliyyəti barədə məlumat verib. Milli Məclisin sədri Sahibə Qafarova və deputatlarımız səfirlikdə ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstəsi düzüblər. Buradaparlament nümayəndə heyətinin üzvləri27 sentyabr - Anım Gününə həsr olunmuşbanerinqarşısına gül qoyaraq, şəhidlərimizinəziz xatirəsini yad ediblər.
Milli Məclisin sədri Sahibə Qafarova səfirlikdəHeydər Əliyev Muzeyi ilə də tanış olub, əməkdaşların fəaliyyəti ilə maraqlanıb, Xatirə kitabına ürək sözlərini yazıb.
Sonra Milli Məclisin nümayəndə heyəti Qazaxıstan Respublikasının Milli Muzeyinə gedərək buradakı eksponatlarla tanış olublar. Azərbaycan parlamentinin rəhbəri muzeyin Xatirə kitabına da ürək sözlərini yazıb və muzeyə hədiyyə təqdim edib.
Sonra nümayəndə heyəti Nazarbayev Universitetində olub. Nümayəndə heyətininüzvləri bu təhsil kompleksindəprofessor-müəllim kollektivi üçün yaradılmış şəraitlə tanış olublar, onlara universitet haqqında geniş məlumat verilib.
Milli Məclisin Sədri Sahibə Qafarovanın Qazaxıstana rəsmi səfəri başlayıbMilli Məclisin Sədri Sahibə Qafarovanın Qazaxıstana rəsmi səfəri başlayıb
Reytinq: