XİN-in rəhbər heyəti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edibBu gün, 14:17
Çap et Fəxri xiyabana ziyarət zamanı xalqımızın Ümummilli Lideri, dövlətçilik və ölkəmizin diplomatiya tarixində misilsiz xidmətləri olan Heydər Əliyevin məzarı önünə əklil qoyulub, gül dəstələri düzülüb, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad edilib. Nazirliyin kollektivi görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri düzüb. Həmçinin tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri qoyulub. Sonra Şəhidlər xiyabanına gələn XİN-in rəhbər heyəti və kollektivi şəhidlərin məzarları üzərinə gül dəstələri düzüb, onların əziz xatirələrini dərin ehtiramla anıb. Həmçinin ərazi bütövlüyü və suverenliyimiz uğrunda canlarından keçən şəhidlərin xatirəsinə ucaldılan "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub. Daha sonra XİN-in kollektivi Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə əklil qoyub, gül dəstələri düzüb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
