Xalqımız ümummilli liderimiz Heydər Əliyevin vətən yolunda fədakarlığını və siyasi hünərini sonsuz minnətdarlıq hissi ilə xatırlayır6-05-2022, 13:38
Çap et Təzəcə müstəqilliyini elan etmiş Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi qarşısında olduğu bir çətin məqamda hər cür məhrumiyyətlərdən, əzablardan bezmiş xalq özünün yeganə ümidi olan ümummilli liderimiz Heydər Əliyevə üz tutdu. Vətənin belə ağır günlərində - 15 iyun 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyev yenidən hakimiyyətə qayıdaraq xalq naminə, vətən naminə, canından da artıq sevdiyi Azərbaycan naminə böyük xilaskarlıq fəaliyyətinə başladı. Azərbaycan Respublikası xarici qüvvələrin, bir qrup daxildən olan nankorların iştirakı ilə imperiya maraqlarına uyğun parçalanaraq bölüşdürülmə faciəsindən, milli dövlətin iflasından, qlobal məhv olmadan xilas edildi. Beləliklə, 18 oktyabr tarixində başlanan müstəqillik 15 iyun - Milli Qurtuluş günü ilə qorundu, möhkəmlənməyə başladı, Azərbaycanın dövlət müstəqilliyi əbədi və dönməz xarakter aldı. İndi xalqımız ümummilli liderimiz Heydər Əliyevin vətən yolunda fədakarlığını və siyasi hünərini sonsuz minnətdarlıq hissi ilə xatırlayır. Hazırda Azərbaycan tərəqqi yoluna çıxmış, dünyada söz sahibi olan dövlətdir. Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə dövlət müstəqilliyinə, suverenliyə qovuşmuş Azərbaycan bu gün beynəlxalq aləmdə sübut edir ki, demokratiya və sülh yolu ilə inkişaf onun başlıca məqəsədi və amalıdır. Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan xalqının bu günü və gələcəyi üçün əmanət qoyduğu ideyalar xalqımızın milli mənlik şüuru və milli sərvətidir. Bu ideyaların daşıyıcısı ümummilli liderimizin siyasi kursunun davamçısı Müzəffər Ali Baş Komandan, qalib sərkərdə möhtərəm cənab İlham Əliyevdir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
