Kristalina Georgiyeva: - Qafqazda və Mərkəzi Asiyada struktur islahatların davamı iqtisadi artımın sürətlənməsinə səbəb olacaq12-06-2023, 12:59
Çap et Beynəlxalq Valyuta Fondu (BVF) Qafqaz və Mərkəzi Asiya regionu ölkələrini dövlətin rolunu azaldan və özəl sektorun imkanlarını genişləndirən yeni artım modelini qəbul etməyə çağırır.
Bu barədə Trend-ə müsahibəsində BVF-nin icraçı direktoru Kristalina Georgiyeva deyib. Kristalina Georgiyeva Qazaxıstana səfəri çərçivəsində 8-9 iyun tarixlərində keçirilən Astana Beynəlxalq Forumunda iştirak edib. Qazaxıstan səfərindən gözləntilər və yekunlar "BVF-in icraçı direktoru qismində Qazaxıstana ilk səfərimi həyata keçirməkdən məmnunam. Bu BVF-nin Qazaxıstanla, həmçinin aha geniş Qdafqaz və Mərkəzi Asiya regionu ilə tərəfdaşlığını möhkəmlətmək şansıdır. Qazaxıstan 90-cı illərin əvvəllərində müstəqil dövlət olduqdan sonra mütərəqqi cəmiyyətin qurulmasında böyük tərəqqiyə nal olub. Doğma ölkəm Bolqarıstanda keçid dövrünün necə mürəkkəb olduğunu xatırlayıram, bu səbəbdən siyasətçilərin cəsarətini və regionun dayanıqlılığını təqdir edirəm", - o deyib. Georgiyeva Qazaxıstan Prezidenti ilə, həmçinin digər siyasətçilər, qadın liderlər və tələbələrlə görüşü səbirsizliklə gözlədiyini qeyd edib. "BVF-nin fikrini bölüşmək istəyirəm, lakin buraya ilk növbədə dinləmək üçün gəlmişəm", - o deyib. Onun sözlərinə görə, gündəlikdə bir sıra mühüm məsələlər dayanır: Qazaxıstanın artım strategiyası nədən ibarətdir? Region neft-qaz sahəsi xaricində iqtisadiyyatını necə diversifikasiyalaşdıra və inklüziv artıma şərait yarada bilər? Qazaxıstan həmçinin əhəmiyyətli dərəcədə geosiyasi fraqmentasiya xərclərinə və iqlim dəyişikliklərinə məruz qalıb. Ölkə bu problemlərin öhdəsindən necə gələ bilər? "Qafqaz və Mərkəzi Asiya ölkələri müstəqillik əldə etdikdən sonra islahatların keçirilməsində möhtəşəm uğurlar əldə ediblər. Lakin bazar islahatlarının sürəti ləngidikcə iqtisadi artım da ləngiyib. Sonra isə region pandemiyadan və Ukraynadakı müharibənin yan təsirlərindən əziyyət çəkdi. Biz region ölkələrini dövlətin rolunu azaldan və özəl sektorun imkanlarını genişləndirən yeni artım modelini qəbul etməyə çağırırıq. Məqsəd daha çox iş yerlərinin yaradılmasından və bütün cəmiyyətdə həyat səviyyəsini qaldırmaqdan ibarətdir. Bu, Qafqaz və Mərkəzi Asiya ölkələrinin şoklara məruz qalan dünyada özlərini qorumalarının ən yaxşı metodudur", - o deyib. BVF-nin icraçı direktorununun səfəri zamanı əsas hadisə Almatıda Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Potensialın İnkişafı Regional Mərkəzinin rəsmi açılışı oldu. Georgiyevanın sözlərinə görə, bu artıq regionda potensialın inkişafı və təlim mərkəzidir. İcraçı direktor həmçinin qeyd edib ki, qarşılıqlı fəaliyyət və BVF-nin regiona sadiqliyinin təsdiqlənməsi üçün əsas vasitə olan Astana Beynəlxalq Forumunda iştirakı səbirsizliklə gözləyir. Dünya iqtisadiyyatının perspektivləri BVF-nin hazırda dünya iqtisadiyyatının perspektivlərini qiymətləndirməsinə və dövlət xadimləri və mərkəz bankların artımı təmin etmək üçün fokuslanmalı olduqlarıa problemlərə gəlincə, o bildirib ki, Fond 2023-cü ildə qlobal ÜDM-in 2,8 faiz, 2024-cü ildə isə 3 faiz artacağını proqnozlaşdırır. İnflyasiya dayanıqlı olmadı, maliyyə sektoruna təzyiq isə dünya iqtisadiyyatında qeyri-müəyyənliyi gücləndirib. Borcların yüksək səviyyəsi, geoiqtisadi fraqmentasiya və iqlim dəyişikliyi ciddi problemlər yaradır. Onun fikrincə, bu hamının, xüsusən də daha həssas olanların perspektivlərinə kölgə salır. Proqnozlara görə qlobal inflyasiya 2023-cü ildə yalnız 7 faiz təşkil edəcək, lakin baza inflyasiya 2025-ci ilədək mərkəzi bankların hədəf göstəricilərinədək düşməyəcək. "Bunu nəzərə alaraq, mərkəzi bankları sərt pul-kredit siyasətini qoruyub saxlamağa çağırırıq. Bir çox ölkədə inflyasiya təzyiqini zəiflətmək, məqbul borc səviyyəsini və büdcə ehtiyatlarını bərpa etmək üçün vergi-büdcə siyasətinin sərtləşdirilməsinə ehtiyac var. İstənilən əlavə maliyyə dəstəyi əhalinin daha həssas təbəqələrinə yardım edilməsinə yönəldilməlidir", - o deyib. O daha sonra əlavə edib ki, Qafqaz və Mərkəzi Asiya regionunun iqtisadiyyatı 2022-ci ildə nisbətən yüksək nəticələr göstərib, lakin Ukraynadakı müharibə və artmaqda olan fraqmentasiya riskləri səbəbindən perspektivlər olduqca qeyri-müəyyən olaraq qalır. Fond Qazaxıstan üçün artım sürətinin 2023-cü ildəki 4,3 faizdən 2024-cü ildə 4,9 faizə çatacağını proqnozlaşdırır. Bu yetərincə aktiv fəaliyyət ümid vericidir, çünki əsasən iqtisadiyyatın qeyri-neft sektorlarından qaynaqlanır. "Son illərdəki yüksək iqtisadi nəticələrə baxmayaraq, region ölkələri üçün bazar islahatlarını sürətləndirmək vacib olacaq. Biz BVF-də belə qənaətə gəldik ki, struktur islahatları Qafqaz və Mərkəzi Asiya ölkələrində istehsalatın həcmini ortamüddətli perspektivdə 5-7 faiz artıra bilər. Səfərim müddətində BVF-nin bu yekun nəticələri əks etdirən sənədini dərc etməyi planlaşdırırıq. Məsələn, dövlətin rolunu azaltmağa yönəlmiş islahatlar ortamüddətli artımı əhəmiyyətli dərəcədə sürətləndirməklə iqtisadiyyatı gələcək sarsıntılardan qorumağa kömək edəcək", - Kristalina Georgiyeva deyib. BVF-nin iqtisadi stabilik və artıma dəstək üzrə əsas hədəf və prioritetləri "Digər tərəfdən böyük iqtisadiyyatların əksəriyyəti yüksək inflyasiya səviyyəsinə və faiz dərəcələrinin artmasına baxmayaraq resessiyaya sürüklənmənin qarşısını ala biliblər. Lakin əldə olunanla dayana bilmərik. Qlobal iqtisadi artım istər yaxın, istərsə də ortamüddətli perspektivdə tarixi ölçülərə görə zəif olaraq qalır. İqtisadi artımın perspektivlərini yaxşılaşdırmaq üçün inflyasiya ilə mübarizə aparmalı və maliyyə stabilliyini qorumalıyıq, eyni zamanda insan kapitalına və “yaşıl” iqtisadiyyata keçidə investisiya qoyaraq beynəlxalq əməkdaşlığı və ticarəti təşviq etməli və həssas ölkələri dəstəkləməliyik", - o deyib. Onun fikrincə, Qazaxıstanın son zamanlardakı güclü iqtisadi artımı ölkəyə həyat səviyyəsini yüksəltməyə və yoxsulluğu azaltmağa kömək edib. Lakin qeyri-müəyyən qlobal konyunktura yaxşı əlaqələndirilmiş makroiqtisadi siyasət tələb edir. Pul-kredit siyasəti inflyasiyanın davamlı azalmasını və inflyasiya gözləntilərinin möhkəmlənməsini tələb edir. Vergi-büdcə siyasəti ehtiyatların qorunub saxlanması və dezinflyasiyaya dəstək üçün tədrici konsolidasiyaya yönəlməlidir. "Bank nəzarəti sistemlərinin möhkəmləndirilməsi üzrə səylərə və mübahisələrin tənzimlənməsinə maliyyə sektorunun qiymətləndirilməsi Proqramımızın – maliyyə sektorunda hazırda aparılan hərtərəfli diaqnostikanın tövsiyələri kömək edəcək", - deyə o əlavə edib. Nəhayət, iqtisadi artımın möhkəmliyi və dayanıqlılığı neft sektorundan asılılığı azaltmaqla iqtisadiyyatın diversifikasiyasını tələb edir. Bu məqsədə nail olmaq üçün sektor mərkəzi rol oynayacaq ki, bu da dövlət sektorunun transformasiyasını və iqtisadiyiyatda iştirakının azalmasını tələb edir. "BVF eynən bizim müstəqillik əldə etdikdən sonrakı ilk illər ərzində, daha sonra qlobal maliyyə böhranı və pandemiya dövründə etdiyimiz kimi, regiona kömək etmək üçün əlimizdə olan hər şeyi edir. COVID-19 şokuna reaksiyamız sürətli və radikal oldu. Bütünlükdə aşağı gəlir səviyyəsinə malik ölkələrin təcili maliyyələşdirilməsi üçün 800 milyon dollar ayırdıq. Əmin, dayanıqlı və inklüziv artıma nail olma yolunuzu davam etdirməkdə sizə kömək etməyə hazırıq", - o deyib. BVF-nin Qazaxıstana dayanıqlılığın artırılmasında və makroiqtisadi zəifliyin dayanıqlılığının idarə olunmasında yardımı "Son illərdə Qazaxıstanla tərəfdaşlığımızı möhkəmləndirərək hakimiyyətin çoxsaylı sarsıntıların nəticələrini aradan qaldırmasına və iqtisadiyyatın dayanıqlılığını artırmasına kömək etmişik. Mütəmadi dialoqumuz IV maddə üzrə konsultasiya missiyası və əməkdaşların Qazaxıstana səfəri ətrafında aparılır. Siyasət məsələləri üzrə tövsiyələrimiz iqtisadi stabilliyin qorunub saxlanılmasına və Qazaxıstan iqtisadiyyatının dayanıqlılığının artırılması üçün lazımi islahatların ayırd edilməsinə, həmçinin dayanıqlı və inklüziv artıma yardım etməyə yönəlib", - o deyib. Bundan başqa, o əlavə edib ki, 2021-ci ildə BVF xüsusi mənimsəmə hüquqlarını ayırmaq yolu ilə Qazaxıstana 1,6 milyard dollar dəyərində yardım edib. Bi vəsaitdən ehtiyatların artırılması və Qazaxıstanın onsuz da böyük olan xarici ehtiyatlarını dəstəkləmək üçün istifadə olunub. Potensialın inkişafı və peşəkar hazırlıq BVF-in son zamanlarda həmçinin Qafqaz, Mərkəzi Asiya və Monqolustanın Almatıdakı inkişaf mərkəzi sayəsində güclənən Qazaxıstana yardımının daha bir tərkib hissəsidir. "Biz institutların modernizasiyası və pul-kredit siyasətinin möhkəmlənməsi, maliyyə nəzarəti, dövlətin maliyyə vəsaitinin və statistika bazasının idarə olunması üzrə səyləri dəstəkləmişik. Məsələn, ötən il 2023-cü il büdcəsi ilə birgə dərc olunan maliyyə riskləri barədə ilk bəyanata mühüm töhfə vermişik, həmçinin yeni yaradılmış Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyinin möhkəmləndirilməsinə dair tövsiyələr vermişik", - Kristalina Georgiyeva deyib. Qazaxıstanın karbon neytrallığına nail olmaq üzrə hədəflərinin əldə edilməsində BVF-in rolu "İqlim dəyişikliyi makroiqtisadi və maliyyə stabilliyi üçün ciddi təhdiddir. Qazıntı yanacağından bu qədər güclü asılı olan ölkə üçün, fikrimizcə, Qazaxıstanın iqlimlə əlaqədar öhdəlikləri təqdirəlayiqdir. Digər bir çox ölkədə olduğu kimi, Qazaxıstan da son iqlim dəyişikliklərinə adaptasiya olmaq, qlobal dekarbonzasiyanı nəzərə almaqla karbon qazı tullantılarını azaltmaq və qazıntı yanacağından asılılıqdan iqtisadi keçidə hazırlaşmaq üçün kompleks islahatlar keçirməli olacaq. Daha ekoloji və diversifikasiyalaşdırılmış iqtisadiyyat yönündə bu dəyişikliklər qazıntı yanacağlna daha yüksək qiymətlərlə birgə dövlət və özəl investisiyalarının artırılmasını tələb edir", - o deyib. BVF Qazaxıstanın bu sahədə səylərini bir neçə istiqamətdə dəstəkləyə bilər. "Fiskal sahəyə gəlincə, analitik vasitələrimiz siyasətin müxtəlif variantlarının hərtərəfli qiymətləndirilməsini təmin edirlər, həmçinin ekspertlərimiz dövlət investisiyalarının keyfiyyətinin artırılması ü, o cümlədən aşağı karbonlu və iqlim dəyişikliyinə qarşı daha davamlı infrastrukturun inşası üzrə tövsiyələr verirlər. BVF-in texniki yardımı Qazaxıstanın sosial müdafiə sistemini möhkəmləndirməyə və əhalinin daha həssas təbəqləri üçün keçid dövrünün nəticələrini yüngülləşdirməyə kömək edə bilər. Nəhayət, maliyyə sektoruna gəlincə, hazırki maliyyə sektorunun qiymətləndirilməsi proqramında olduğu kimi, Qazaxıstanın iqlim risklərini qiymətləndirmə sistemini hazırlamasına köməklik göstərə bilərik. Hökumətlə bütün bu məsələlər üzrə birgə işləməkdən olduqca məmnunuq",- deyə o sonda deyib. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
11:47
Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar keçirilir11:22
Millətlər Liqası: Azərbaycan millisinin Estoniya və Slovakiya ilə oyunlar üçün heyəti açıqlanıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|