Heqiqet.Az » dunya » Qazaxıstanda daşqınlar başlayandan 75 mindən çox insan xilas edilib, 3,7 min ev suyun altında qalıb


Qazaxıstanda daşqınlar başlayandan 75 mindən çox insan xilas edilib, 3,7 min ev suyun altında qalıb

8-04-2024, 12:40
Çap et
Qazaxıstanda daşqınlar başlayandan 75 mindən çox insan xilas edilib.
Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə və Hərbi Hissələr Komitəsinin baş zabiti Saipaş Yerasıl deyib.
"Daşqın dövrü başlayandan 75 min 982 nəfər xilas edilib, bunların 18 min 681-i uşaqlardır. Müvəqqəti yerləşdirmə məntəqələrində 7 min 203 nəfər var, bunlarda 2 min 794-ü uşaqlardır. 7 milyon kubmetrdən çox ərimiş su boşaldılıb, 993 minə yaxın kisə döşənib", - deyə o qeyd edib.
Onun sözlərinə görə, 1739 yaşayış evi və 1 743 həyətyanı sahədən su çəkilib.
"Qəza-xilasetmə işlərinə 16 min 375 nəfər, 1600 ədəd texnika, 377 su çəkən vasitə və 81 üzmə vasitəsi, 15 təyyarə cəlb olunub", - deyə S.Yerasıl bildirib.
Onun sözlərinə görə, hazırda 7 vilayətdə 3745 yaşayış evi və 421 həyətyanı sahə su altında qalıb.
Reytinq: