Heqiqet.Az » idman » “Portu” futbol klubu Serjio Konseysao ilə müqaviləni yeniləyib


“Portu” futbol klubu Serjio Konseysao ilə müqaviləni yeniləyib

26-04-2024, 11:37
Çap et
“Portu” baş məşqçi Serjio Konseysao ilə yeni müqavilə imzalayıb.
Tərəflər arasında yeni razılaşma 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Konseysao 2017-ci ildən “Portu”ya başçılıq edir. 49 yaşlı mütəxəssis komandaya 3 çempionluq və 3 dəfə ölkə kuboku titulunu qazandırıb. "Əjdahalar" onun rəhbərliyi ilə 372 oyunda 268 qələbə qazanıblar, 49 oyunda heç-heçə və 55 görüşdə məğlubiyyət qeydə alınıb.
Qeyd edək ki, 2023/2024 mövsümündə “Portu” 62 xalla 3-cü pillədə qərarlaşıb.
Reytinq: