Heqiqet.Az » medeniyyet » Fidan Hacıyeva Beynəlxalq Opera Festivalı çərçivəsində "Gənc istedadlar" konserti keçirilib (FOTO)


Fidan Hacıyeva Beynəlxalq Opera Festivalı çərçivəsində "Gənc istedadlar" konserti keçirilib (FOTO)

1-05-2024, 10:56
Çap et
Fidan Hacıyevanın birinci Beynəlxalq Opera Festivalı çərçivəsində Rəşid Behbudov Dövlət Mahnı Teatrının səhnəsində "Gənc istedadlar" konserti keçirilib.
Konsert proqramında Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin, Ramil Qasımovun Bülbül Vokal Məktəbinin, Aybəniz Həşimovanın Sənət Akademiyasının, Milli Konservatoriyanın nəzdindəki İncəsənət Gimnaziyasının, Bülbül adına musiqi məktəbi, Şaroyev adına 35 saylı musiqi məktəbinin şagirdləri iştirak ediblər.
Mezzo Kamera Orkestrinin müşayiəti ilə Azərbaycan və dünya klassiklərinin əsərləri ifa olunub, tamaşaçıların alqışları ilə qarşılanıb. İştirakçılar fəxri diplomlarla təltif ediliblər. Gecənin aparıcısı teleaparıcı Saleh Bağırov olub.
Xalq artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Nazirliyi və Dövlət Opera və Balet Teatrının dəstəyi ilə birinci Beynəlxalq Opera Festivalı 27 aprel-3 may tarixlərində keçirilir.
Yeddi gün ərzində Bakı və Gəncənin müxtəlif konsert məkanlarında Azərbaycan klassiklərinin və dünya müəlliflərinin əsərləri təqdim olunur.
Reytinq: