» » Bülbül 125 “Milli Musiqi İfaçılarının Respublika Müsabiqəsi”nin seçim turları baş tutub


Bülbül 125 “Milli Musiqi İfaçılarının Respublika Müsabiqəsi”nin seçim turları baş tutub

9-09-2022, 09:48
Çap et
Bülbül 125 “Milli Musiqi İfaçılarının Respublika Müsabiqəsi”nin seçim turları baş tutub Şuşa ili çərçivəsində keçirilən Bülbül 125 “Milli Musiqi İfaçılarının Respublika Müsabiqəsi”nin seçim turuna yekun vuulub.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Milli Konservatoriya, Bülbül Fondu və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə görkəmli opera ifaçısı, SSRİ Xalq artisti Bülbülün 125 illik yubileyinə həsr olunmuş xanəndə və instrumental muğam ifaçılarının respublika müsabiqəsi keçrilib.
Müsabiqə ilkin seçim mərhələsi və iki əsas mərhələdə olmaqla Bülbül adına Orta İxtisas Musiqi Məktəbi və Milli Konservatoriyanın böyük zalında baş tutub.
Müsabiqəyə 40-dan çox iştirakçı qatılıb. Onlardan 10 iştirakçı final mərhələsinə keçmə hüququ qazanıb. Sentyabrın 7-də, müsabiqənin şərtlərinə uyğun olaraq 10 finalçı Bülbülün ifasında səslənmiş əsərləri təqdim ediblər. Onların ifasında fərqli yanaşmalar, yeni ifa tərzləri dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Müsabiqədə 17-25 yaş arası musiqiçilər iştirak ediblər. Finala keçən iştirakçılar arasında 17 yşalı tələbə də var.
Müsabiqənin münsiflər heyətində Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kəriminin sədrliyi ilə, Azərbaycanın görkəmli musiqiçiləri yer alıb.
Qeyd edək ki, müsabiqənin mükafatlandırma mərasimi sentyabrın 9-da Şuşa şəhərində, Bülbülün Ev Muzeyində keçiriləcək. Milli Konservatoriyanın tələbə orkestri qaliblərlə birgə geniş konsert proqramı ilə çıxış edəcək.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Reytinq: