Mehriban xanım Əliyevanın irəli sürdüyü təşəbbüslər bir qayda olaraq ümumi mənafedən irəli gəlir25-08-2024, 21:14
Çap et Xüsusilə Fondun təşəbbüsü ilə başlanmış “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi bu gün geniş vüsət almışdır və dövlət bu proqrama qoşularaq son 20 il ərzində 3 minə yaxın yeni məktəb tikdirə bilmişdir. “Xocalıya ədalət!” kampaniyası da məhz Fondun təşəbbüsü ilə başlamışdır. Ondan sonra dövlət qurumları, ictimai qurumlar bu təşəbbüsə qoşulmuşlar və nəticə etibarilə qısa müddət ərzində 10-dan çox ölkə Xocalı soyqırımını rəsmən soyqırımı kimi qəbul etmişdir”. Ümumiyyətlə, Fond fəaliyyəti dövründə Ümummilli lider Heydər Əliyevin ideyalarının işığında həmişə səmərəli fəaliyyəti ilə qarşıya qoyduğu məqsədlərə nail olub. Bəhs olunan tədbirdə Fondun prezidenti Mehriban xanım Əliyeva keçilən yola nəzər salaraq deyib: “2004-cü il mayın 10-da Heydər Əliyev Fondu öz fəaliyyətinə başladı. Fond müasir Azərbaycan dövlətçiliyinin əsaslarını qoymuş, müstəqil Azərbaycanın siyasi, iqtisadi və mənəvi dirçəlişini təmin etmiş şəxsin adını daşıyır. Biz fəaliyyətimizin ilk günündən atdığımız addımlarla, gördüyümüz işlərlə bu yüksək ada layiq olmağa çalışmışıq”. Azərbaycanın musiqisinin dünyada təbliği və ölkəmizin beynəlxalq mədəniyyət mərkəzinə çevrilməsi Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Fondun mədəniyyətimizin dünyada təbliği istiqamətində gördüyü işlərdən məmnunluq ifadə edən Prezident İlham Əliyev bildirib: “Azərbaycan mədəniyyətinin, mədəni irsimizin qorunması, dünyada təbliği işində Fond əvəzsiz rol oynamışdır. Bizim milli sərvətimiz olan muğam sənəti UNESCO-nun dünya qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir”. Elə bəşəri dəyərlər var ki, onlar zaman və məkan məhdudiyyətinə sığmır, həmişə və hər yerdə yüksək dəyərləndirilir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın malik olduğu və əməllərində təcəssüm edən dəyərlər məhz bu kateqoriyaya aiddir. Mehriban xanım Əliyevanın irəli sürdüyü təşəbbüslər bir qayda olaraq ümumi mənafedən irəli gəlir. Hamı tərəfindən birmənalı şəkildə qəbul olunur ki, o, özünü məhz insanlara, ələlxüsus da aztəminatlı insanlara kömək əli uzadanda, ölkəmizin imicinin yüksəlməsi naminə hansısa layihəni həyata keçirəndə, milli mədəniyyətimizi dünya auditoriyasına təqdim edəndə rahat və xoşbəxt sanır. “Vətənin bir övladının missiyası nədən ibarətdir?” sualı ətrafında geniş müzakirələr açmaq və müxtəlif cavablar səsləndirmək mümkündür. Fəqət, Mehriban Əliyevanın ölkənin birinci xanımı və Ümummilli lider Heydər Əliyevin adını daşıyan Fondun rəhbəri kimi reallaşdırdığı işlərin timsalında doğma Vətənə necə layiqli övlad olmağın konkret nümunəsini görürük. Mehriban xanım Əliyeva həmişə Azərbaycanın və ölkə vətəndaşlarının qarşısında duran, həlli çətin görünən problemlərin üstünə gedir. Bəzən elə təsəvvür yaranır ki, onun qaldırdığı məsələlərin həlli qeyri-mümkündür, burada uğur qazanmaq mümkün deyil. Lakin bu, Mehriban xanım Əliyevanın xarakteridir. O, Vətən qarşısında layiqli övlad missiyasını, necə deyərlər, çətin işlərin öhdəsindən gəlməklə yerinə yetirməyə çalışır Ümumiyyətlə, Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafı üçün göstərdiyi xidmətləri xüsusi vurğulamaq lazımdır. Hələ 1995-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. 1996-cı ildə o, Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə Azərbaycan, ingilis və rus dillərində çap olunan “Azərbaycan - İrs” jurnalını təsis edib. Jurnal dünyanın onlarla ölkəsində bir neçə dildə yayımlanıb. Mehriban xanım Əliyevanın mədəniyyətə və incəsənətə göstərdiyi qayğı ilə əlaqədar fəaliyyətinin böyük bir hissəsi Heydər Əliyev Fondu ilə bağlıdır. Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi layihələr sırasında “Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti” sərgisini xüsusi vurğulamaq lazımdır. İlk dəfə 2012-ci ilin yanvarında Londonda açılan bu sərgi sonrakı illərdə Paris, Berlin, Moskva, Roma və Vyanada da təşkil edilərək yerli sakinlərin marağını cəlb edib və Bakıda təşkil olunan yekun sərgisi ilə uğurla başa çatdırılıb. Heydər Əliyev Fondu qədim tarixi abidələrin bərpasına və qorunmasına da xüsusi diqqət ayırır. Məsələn, Fondun dəstəyi ilə 2008-ci ildə Abşeronun ən qədim insan məskənlərindən olan Qala qəsəbəsində Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin yaradılması tarixi keçmişimizi qoruyub saxlamağa, ölkəmizi turizm mərkəzlərindən birinə çevirməyə xidmət edir. Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də mədəniyyətlərarası dialoqun genişləndirilməsində Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələri xüsusi yer tutur. Sirr deyil ki, Azərbaycan-UNESCO əlaqələrinin indiki səviyyəyə yüksəlməsində Mehriban xanım Əliyevanın böyük əməyi var. Azərbaycanın birinci xanımı ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə görə təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülüb. Bu məqamda qeyd edək ki, məhz Prezident İlham Əliyevin və UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, eləcə də Azərbaycan xalçası UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Mehriban xanım Əliyeva Bakıda “Muğam Aləmi” III Beynəlxalq Muğam Festivalının açılışında çıxışı zamanı bu nailiyyətləri yüksək qiymətləndirərək deyib: “Hər bir xalqın, hər bir millətin ən böyük sərvəti onun mədəni irsidir. Azərbaycan qədim və zəngin tarixə, mədəniyyətə malik olan bir ölkədir. Əsrlər boyu bizi bir millət kimi qoruyub saxlayan mədəni irsimiz, dilimiz, ədəbiyyatımız, poeziyamız, musiqimiz olub. Muğam isə əsl sənət incisidir. Təsadüfi deyil ki, Azərbaycan muğamı UNESCO-nun bəşəriyyətin mədəni irsinin şah əsərləri siyahısına salınıb və çox sevindirici haldır ki, artıq bu siyahıda Azərbaycan tarı və tar ifaçılığı da vardır. Bu, bizim mədəni irsimizə, mədəni irsimizin qorunmasına dünya miqyasında göstərilən diqqətin və qayğının göstəricisidir”. Mehriban xanım Əliyeva həyatının xoş günlərini, milli bayramlarımızı bir qayda olaraq valideyn himayəsindən məhrum qalmış və yaxud fiziki qüsurlu uşaqlarla keçirir. Bununla Mehriban xanım Əliyeva sanki yaddaşları təzələyir, insanlara mesaj verir ki, uşaqları, ələlxüsus da valideyn himayəsindən məhrum qalmış və yaxud fiziki qüsurlu uşaqları taleyin ümidinə buraxmayın, qoy onlar sizlərin mərhəməti sayəsində ana qəlbinin hərarətini, istiliyini hiss etsinlər, özlərini tənha saymasınlar. Son illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə paytaxt Bakıda və respublikanın bölgələrində çoxlu sayda körpələr evinin, uşaq bağçasının, xüsusi təyinatlı uşaq müəssisəsinin yüksək səviyyədə təmir olunması və hər cür mebellə təchiz edilməsi də Mehriban xanım Əliyevanın uşaqlara xüsusi münasibətinin ifadəsidir. Ümumiyyətlə, Fondun təkcə “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsi çərçivəsində 32 internat və uşaq evi yenidən qurulub. Əlamətdar haldır ki, Prezident İlham Əliyev son illərdə regionlara səfərləri çərçivəsində Fondun dəstəyi ilə tikilən çoxlu sayda uşaq bağçasının və bu qəbildən olan digər obyektlərin açılışına qatılıb.Bununla yanaşı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün Nizami rayonunda inşa olunmuş yaşayış binası istifadəyə verilib. Digər belə bir yaşayış binası isə Mehriban xanım Əliyevanın iştirakı ilə Abşeron rayonunun Masazır qəsəbəsində istifadəyə verilib .Heydər Əliyev Fondunun yüksək səviyyədə reallaşdırılan bir neçə layihə ilə təhsilə dəstək verməsi də Mehriban xanım Əliyevanın uşaqlara, gənc nəslə qayğısının ifadəsidir. Əziz Mehriban xanım, ad gününüz mübarək! ![]() İbrahim Cəfərov, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvi, professor Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
15:18
Milli Məclisin sədri Sahibə Qafarovanın Parlamentin 10 aprel 2026-cı il tarixli iclasında çıxışı11:15
Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Heydər Əliyev-2026” birgə təlimində iştirak edəcəklərHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

