Volodimir Zelenski: Ədalətli sülh üçün bir sıra qərarlar hazırlanır3-03-2025, 11:30
Çap et Bu fikri Ukrayna Prezidenti Volodimir Zelenski Londonda beynəlxalq liderlərin iştirakı ilə Ukrayna məsələsinə həsr olunmuş sammitin yekununa dair sosial şəbəkə hesablarında söyləyib. “Biz tərəfdaşlarımızla təhlükəsizlik təminatlarını və Ukrayna üçün ədalətli sülh üçün şərtləri müzakirə edirik. Yaxın vaxtlarda bir sıra mühüm görüşlər və qərarlar açıqlanacaq”, - deyə Zelenski əlavə edib. Prezident daha sonra qeyd edib: “Biz Ukraynadan, xalqımızdan, əsgərlər və mülki şəxslərdən güclü dəstəyi hiss edirik. Biz bütün dostlarımıza və tərəfdaşlarımıza Ukraynaya sabit və zəmanətli sülh gətirmək üçün göstərdikləri səylərə görə təşəkkür edirik. Ümumi güc gələcəyimizi qoruya bilər”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
