YENİ DÜNYA DÜZƏNİ KONSEPSİYASININ ƏSASLARI1-09-2025, 16:35
Çap et ![]() Yeni dünya düzəni dövlətlərin ərazi bütövlüyü, suverenliyi əsas götürülməklə onların arasında qarşılıqlı münasibətlərin daha da yaxşılaşdırılması, beynəlxalq sülhün təmin olunması dövrün tələbinə qlobal tədbirlərin həyata keçirilməsini tələb edir. Qlobal tədbirlərdən ən önəmlisi dövlətlər arası münasibətləri tənzimləyən 1 nömrəli beynəlxalq təşkilat Birləşmiş Millətlər təşkilatında təcili struktur islahatlarının aparılması, onun təhlükəsizlik şurasının yenilməsi, çıxardığı qərar və qətnamələrin həyata keçirilmə mexanizmlərinin təsbit olunması tələb olunur. Qlobal tədbirlərdən II-si inteqrativ proseslərin gücləndirilməsidir. Qlobal inteqrasiya üçün ilk növbədə regional inteqrasiya başa çatmalıdır. Regional inteqrasiya region övlətləri ilə isti, mehriban qonşuluq münasibətlərinin olması, kömrük sisteminin sadələşdirilməsi, enerji sistemlərinin birləşdirilməsi, vizasız gəliş-gediş, mümkün olan kommunikasiyaların yaradılması, xarici ticarətin (eksport, import) əsas hissəsinin region dövlətləri ilə aparılması, eyni zamanda regional təhlükəsizlik sisteminin bərqərar olması. Bura ərzaq təhlükəsizliyi, enerji təhlükəsizliyi, hərbi müdaxilədən qorunma daxildir. Regional inteqrasiya prosseslərini sürətləndirmək üçün sayı yetərincə olan regional təşkilatlar koordinasiya mərkəzi rolunu oynaya bilər. Bunlar: 11 üzv dövlətdən ibarət ərəb dövlətləri liqası, 5 üzü, 3 müşahidəçi üzvdən ibarət Türk dövlətləri təşkilatı, 28 dövlətdən ibarət Avropa İttifaqı və ya Avropa Birliyi, 55 Afrika ölkəsini, birləşdirən Afrika İttifaqı, Asiya infrastruktur və inkişaf Bankı, Asiya inkişaf Bankı, 13 üzv dövlətdən ibarət Quru Dəniz iqtisadi əməkdaşlıq təşkilatı, Afrika inkişaf bankı, Avropa Yenidənqurma və inkişaf bankı, Karib inkişaf bankı, 10 üzv dövlətdən ibarət iqtisadi əməkdaşlıq təşkilatı, 10 üzv dövlət, 2 müşahidəçi dövlət, 14 «dialoq üzrə tərəfdaş» dövlətlərdən ibarət Şanxay əməkdaşlıq təşkilatı və sairə. Regional inteqrasiya qarşılıqlı asılılıq yaratmaqla regional təhlükəsizliyi təmin edir. Qloballaşma və 4-cü sənaye inqidağının təsiri altında qlobal inteqrasiya gedən yolda növbəti mərhələ regionlar arası münasibətlərin formalaşdırılmasıdır. Bro proses Birləşmiş Millətlər Təşkilatı, onun yetərincə olan institutlarının dominantlığı, rəhbərliyi isə beynəlxalq hüquqa əsasən reallaşa bilər. Bu yolla BMT-nın 2015-ci ildə qəbul etdiyi 2030-cu ilədək hamı üçün daha yaxşı və davamlı gələcəyə nail olmaq üçün nəzərdə tutulmuş 17 qlobal məqsəddən ibarət Dayanıqlı inkişaf Məqsədləri həyata keçə bilər. Alternativ yol diktatura yoludur. 4-cü sənaye inqilabının mürtəce siyasi interpretasiyası kimi meydana çıxır və yolverilməzdir. ![]() Məsum Kamal oğlu Əliyev, Kürdəmir rayon Karror ASM Bölmə müdiri 29.08.2025-ci il Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
14:48
QLOBAL SULHÜN AÇARI22:46
Baba eldən aralandı11:32
Azərbaycan UNESCO-nun Dünya Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf Konfransında təmsil olunacaq16:22
44 günlük haqq savaşı12:17
27 sentyabr xalqımızın qəhrəmanlıq, milli həmrəylik və vətənpərvərlik tarixində parlaq bir səhifədirHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|