Premyer Liqa: “Sabah” 50-ci, “Turan Tovuz” 25-ci ev qələbəsini qazanıbDünən, 12:40
Çap et Peşəkar Futbol Liqasından bildirilib ki, bu, Misli Premyer Liqasının XIX turuna təsadüf edib. Paytaxt təmsilçisi “Araz-Naxçıvan”ı 4:1 hesabı ilə məğlub edib. Bakı klubu “50”yə 115-ci matçında çatıb. “Sabah” turnirin tarixində öz meydanında ən azı 50 qələbə qazanan 18-ci komanda olub. 2018/2019-cu illər mövsümündən Premyer Liqada çıxış edən “Sabah” ilk ev qalibiyyətini 2018-ci il sentyabrın 16-da “Qəbələ” üzərində əldə edib – 1:0. Bundan başqa, bu turda “Karvan-Yevlax”ı qəbul edən “Turan Tovuz” 1:0 hesabı ilə qalib gəlib. Bu, klub tarixinə Premyer Liqadakı 25-ci qələbə kimi düşüb. Qərb təmsilçisi 63-cü ev sınağında 25-ə çatıb. Tovuz klubu ölkə çempionatlarında ən azı 25 ev qələbəsi əldə edən 30-cu komandadır. Qeyd edək ki, “Turan Tovuz” 2022/2023-cü illər mövsümündə debüt etdiyi Premyer Liqada ilk ev qələbəsini “Kəpəz” üzərində qazanıb. 2022-ci il sentyabrın 9-da keçirilən matçda meydan sahibləri 2 qola seviniblər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
