Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub12-06-2026, 20:17
Çap et Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə rayonun Biləsər kəndi yaxınlığında yerləşən Biləsər şəlaləsində bir nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb olunublar. Aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində 1994-cü il təvəllüdlü Quliyev Elvin Asif oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. İlkin məlumata görə, 32 yaşlı E.Quliyev şəlalədə çimərkən boğulub. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
