Heydər Əliyev Mərkəzinin binası Ukrayna bayrağının rənglərində işıqlandırılıbBu gün, 14:58
Çap et Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev sosial şəbəkədəki səhifəsində məlumat verib. “Bu gün axşam Bakı özəldir! Təşəkkürlər, Azərbaycan!”, - deyə paylaşımda bildirilib. Qeyd edək ki, avqustun 24-də Ukraynanın əsas dövlət bayramı olan Müstəqillik Günü qeyd olunur. Bu bayram Ukrayna Ali Radasının 24 avqust 1991-ci ildə Ukraynanın müstəqilliyinin elan edilməsi haqqında Aktı qəbul etməsi şərəfinə təsis edilib. Sənəd həmin il dekabrın 1-də keçirilmiş ümumxalq referendumunda yekun olaraq təsdiqlənib. Bu sənəd SSRİ-nin dağılmasından sonra Ukraynanın suveren dövlətçiliyinin tam şəkildə bərpasını rəsmiləşdirib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
