Heqiqet.Az » siyaset » Bu il Avropa Komissiyasına Azərbaycanla strateji tərəfdaşlıq üzrə danışıqların başlanması üçün mandat veriləcəyi gözlənilir


Bu il Avropa Komissiyasına Azərbaycanla strateji tərəfdaşlıq üzrə danışıqların başlanması üçün mandat veriləcəyi gözlənilir

23-06-2016, 10:30
Çap et
Bu il Avropa Komissiyasına Azərbaycanla strateji tərəfdaşlıq üzrə danışıqların başlanması üçün mandat veriləcəyi gözlənilir “Bu ilin oktyabrında Avropa İttifaqı Şurası tərəfindən Avropa Komissiyasına Azərbaycanla strateji tərəfdaşlığa dair danışıqların başlanması üçün mandat verilməsi gözlənilir”.
Bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev “Azərbaycanda mobillik naminə tərəfdaşlıq” adlı konfransda çıxışı zamanı deyib. O bildirib ki, ötən il Riqa sammitində Azərbaycan Aİ-yə strateji tərəfdaşlığa dair saziş layihəsi təqdim edib: “Bu sənədə miqrasiya sahəsində əməkdaşlığın genişlənməsi də daxildir. Sənədin imzalanması əməkdaşlığı yeni strateji tərəfdaşlıq səviyyəsinə qaldıracaq və ikitərəfli əməkdaşlığın gələcəyi üçün öz rolunu oynayacaq. Biz həmçinin siyasi dialoqun bərpası üzərində işləyirik. Cari ilin ikinci yarısında Aİ-də Azərbaycana dair alt komitələrin iclaslarının keçirilməsi nəzərdə tutulur. Aviasiya sazişinə dair danışıqları davam etdirməyi də planlaşdırırıq”.
Sosial səhifələrdə paylaş
Reytinq: