DataLife Engine > iqtisadiyyat > Mərkəzi Bank banklara kredit ayrılmasını dayandıra bilər

Mərkəzi Bank banklara kredit ayrılmasını dayandıra bilər


30-03-2017, 17:14. Разместил: heqiqet Mərkəzi Bank banklara kredit ayrılmasını dayandıra bilər Azərbaycan Mərkəzi Bankı ölkənin kommersiya banklarına dövlət zəmanəti ilə məqsədli kredit ayrılmasını dayandıra bilər.
Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunan "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsində nəzərdə tutulur.
Qanunun 49-1-ci maddəsində (Kredit təşkilatlarına məqsədli kreditlərin verilməsi) deyilir:
"Mərkəzi Bank sosial-iqtisadi əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, habelə iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin təmin edilməsi məqsədilə dövlət zəmanəti əsasında banklara məqsədli kreditlər verə bilər. Belə kreditlərin forma, qayda və şərtlərini Mərkəzi Bankın İdarə Heyəti müəyyən edir".
Yeni qanun layihəsi bu bəndin ləğvini nəzərdə tutur.
Təklif komitə üzvləri tərəfindən müsbət qarşılanıb.
Вернуться назад