Mərkəzi Bank banklara kredit ayrılmasını dayandıra bilər30-03-2017, 17:14
Çap et Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunan "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsində nəzərdə tutulur. Qanunun 49-1-ci maddəsində (Kredit təşkilatlarına məqsədli kreditlərin verilməsi) deyilir: "Mərkəzi Bank sosial-iqtisadi əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, habelə iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin təmin edilməsi məqsədilə dövlət zəmanəti əsasında banklara məqsədli kreditlər verə bilər. Belə kreditlərin forma, qayda və şərtlərini Mərkəzi Bankın İdarə Heyəti müəyyən edir". Yeni qanun layihəsi bu bəndin ləğvini nəzərdə tutur. Təklif komitə üzvləri tərəfindən müsbət qarşılanıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
